Ah, bizə nə öyrətmişlər Dözmək, səbr etmək ancaq. Yaxşı olmasa belə "Döz" demişlər daima. Döz ki, bir gün gələcək Hər şey yaxşı olacaq. Döz - hər cür yalan sözə; Döz - hər rəng yalan gözə; Döz - hər yalan ürəyə; Elə bir gün gələcək, Bax, bu saxta birlikdən Təklik yaxşı olacaq. Bu bütün haqsızlığa, Yalana, nankorluğa, Ədalətsiz dünyaya, "Bir şey dəyişməyəcək"- Deyə üsyan eyləmə. Döz və səbr et, döz. Ah, səbr etdikcə sən belə Elə bir gün gələcək, Bax bu fani həyatdan Ölüm yaxşı olacaq. Dözməkdənsə, sən kimi Ölsəm, yaxşı olacaq...
Görən yox mu heç məni? Yoxsa mən yox olmuşam/ Duyan yox mu səsimi? Bəlkə mən lal olmuşam/ Yox mu mənə hay verən? Bəlkə mən kar olmuşam/ Yox mu məni yaşayan? Yox mu məni yaşadan? Sanki "heç kim" olmuşam, Yoxsa daim eləydim? Mən bir "heç kim" olmuşam, Yoxsa buna görəydim?.. Bununçun mu var oldum, Bir yoxluq olmaq üçün?.. Bununçun mu yarandım, Bir gün qeyb olmaq üçün?..
Bir hekayəmin sonu :) Artıq neçənci ildi sənsiz keçən... Neçənci yaz, neçənci qış.
Bilmirəm, saymağı buraxalı çox oldu. Gözlərim dolur hər yadıma düşəndə.
Geriyə gəlməyəcək o günlər - o gözəl günlər. Anlarımıza yenisi əlavə
olunmayacaq. Keçmişin dönməyəcəyi kimi, gələcək də olmayacaq. Çünki...
sən-yoxsan... Əllərin, gözlərin, gülüşün... sadəcə gözlərimdə, sadəcə
zehnimdə. Zaman elə keçir ki. Bəzən unuduram özümü tamam, amma səni
unuda bilmirəm. Elə bil bu həyatda yoxam. Fəqət mən varam, sadəcə sən
yoxsan. Mən varam, lakin sənsiz varam. Mən sənsiz qalmışam. Səhradayam - suyum səndin, Susuz qalmışam. Qaranlıqda işığımdın, Qaranlığa qərq olmuşam. Gecələrdə Ayım idin, Səhərlərdə Günəşim, Aysız, Günəşsiz qalmışam. Mən sənsiz qalmışam... Tək görmək istədiyim sən, Amma sənə koram mən. Tək eşitmək istədiyim - səsin, Amma səsinə karam mən. Tək demək istədiyim - adın, Amma dilsizəm. Yox ki cəsarətim adını deyəm, Ah, nədən mi qorxuram? Yaş dolar gözlərimə, Dərd dolar ürəyimə, Səni səsləsəm, Hay gəlməz harayıma, Dözə bilmərəm... Görməməyə dözsəm də, Eşitməməyə dözsəm də, Yoxluğunu qəbul etməyə Dözə bilmərəm... Gözlərin yox, Gözlərinsiz qalmışam. Səsin yox, Səsinsiz qalmışam. Sən yoxsan, yox- Mən sənsiz qalmışam
Soruşdular - " Nә istәyirsәn? "
Dedim-yenidәn doğulub istәdiyim tәk yaşamaq;
Ya daha yaxşı olmaq, ya da heç var olmamaq;
Ya arzumdakı olmaq, ya da bir heç kim olmaq
Bir heç kim dә mәn olum bu kimsәsiz dünyada... Bir insan olum bәlkә -
Heç kim olmayan kimi,
Düşüncәli, istәkli, Daim işıqlar saçan әtrafdakı hәr yerә
Daim ümidli olan işıqlı gәlәcәyә Bir varlıq olum bәlkә, yox olmayacam sanki
Ya da bir yoxluq olum, heç var olmamış kimi...