Görən yox mu heç məni?
Yoxsa mən yox olmuşam/
Duyan yox mu səsimi?
Bəlkə mən lal olmuşam/
Yox mu mənə hay verən?
Bəlkə mən kar olmuşam/
Yox mu məni yaşayan?
Yox mu məni yaşadan?
Sanki "heç kim" olmuşam,
Yoxsa daim eləydim?
Mən bir "heç kim" olmuşam,
Yoxsa buna görəydim?..
Bununçun mu var oldum,
Bir yoxluq olmaq üçün?..
Bununçun mu yarandım,
Bir gün qeyb olmaq üçün?..
Hiç yorum yok:
Yorum Gönder