Bir gün yox
olacam mən bu dünyadan;
Qeyb olacam - Göz
görəndən, Qulaq eşidəndən…
Təkcə an olacam hafizələrdə
Təkcə rəsm
olacam mən o gözlərdə
Mənsiz açılacaq
bir gün bir səhər;
Mənsiz
doğulacaq-batacaq günəş;
Mənsiz
oyanacaq-yatacaq dünya;
Mənsiz yaşanacaq
yenə bu həyat.
Bir gün
olmayacam bu həyatda mən
Bir yoxluq
olacam - tam da keçmiş tək.
Keçmişdən bir rəsm,
Keçmişdən bir səs,
Keçmişdən yadigar…
Hiç yorum yok:
Yorum Gönder